Samvel Karapetyan təcridxanadan ev dustaqlığına köçürüldü

Dünya

18.01.2026 16:24

İrəvanda "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan istintaq təcridxanasından evə aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan" məlumat yayıb.

Bildirilir ki, yanvarın 16-da S.Karapetyan Antikorrupsiya Məhkəməsinin qərarı ilə xəstəxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb.

Həmin məhkəmə aşağı instansiya məhkəməsinin 2025-ci ilin sonunda qəbul etdiyi ev dustaqlığı barədə qərarı ləğv edib.

Lakin yanvarın 17-də Antikorrupsiya Məhkəməsi S.Karapetyanın ev dustaqlığı müddətinin uzadılması barədə yeni qərar qəbul edib.

İş adamının evinin qarşısına toplaşan tərəfdarlarına xəbərdarlıq edilib ki, məhkəmənin qərarına əsasən, S.Karapetyana yaxınlaşmaq və onunla danışmaq qadağandır.

Qeyd edək ki, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan ruhanilərlə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra, 2025-ci ilin iyun ayında həbs edilib. Sonradan iş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə yeni cinayət işi açılıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Samvel Karapetyan,İstintaq,Məhkəmə,Təcridxana,Todaypress.tv,