"Samsung Galaxy S27"nin dizaynı sızdırıldı - Yenilik yoxdur?

"Samsung Galaxy S27"nin dizaynı sızdırıldı - Yenilik yoxdur?
29.08.2026 07:25 Dünya

"Samsung Galaxy S27"nin sızdırılmış görüntülərinə əsasən, yeni smartfonun dizaynı "Galaxy S26"dan demək olar ki, fərqlənməyəcək.

TodayPress TV xəbər verir ki, gələcək baza flaqmanının görüntüləri “OnLeaks” və “Android Headlines” tərəfindən yayımlanıb.

Smartfonun arxa panelində üç kameradan ibarət şaquli blok qorunacaq. Korpusun ümumi forması da "Galaxy S26" və "S25" modellərindən tanış görünüşdə qalacaq.

İlkin məlumatlara görə, "Galaxy S27"nin ölçüləri 149,75 × 71,88 × 7,25 mm olacaq. Müqayisə üçün "Galaxy S26"nın ölçüləri 149,6 × 71,7 × 7,2 mm-dir. Ekranın diaqonalı da 6,3 düym səviyyəsində qalacaq.

Smartfonun baza versiyasının 12 GB operativ və 256 GB daxili yaddaşla təchiz oluna biləcəyi bildirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər