Rutte: "NATO-nun İran münaqişəsinə qarışmaq planı yoxdur"
Şimali Atlantika Bloku ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etmək üçün qətiyyən heç bir plana malik deyil.
TodayPress TV xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
“NATO-nun bu münaqişəyə qarışmaq, tərəf olmaq kimi heç bir planı yoxdur. Alyansdakı ayrı-ayrı müttəfiqlər amerikalıların İsrailə qarşı birgə hərəkətlərində onları dəstəkləmək üçün əllərindən gələni edirlər”, - Rutte bildirib .
O vurğulayıb ki, heç kim NATO-nun münaqişəyə qarışacağına inanmır.
"Söhbət İrandan, Fars körfəzi bölgəsindən gedir - bütün bunlar NATO ərazisinin xaricindədir. NATO ərazisinin özünə gəldikdə isə, biz ayıq-sayıq qalırıq və onun etibarlı müdafiəsini təmin edirik".