Rusiyaya məxsus PUA Moldovaya daxil oldu

Rusiyaya məxsus PUA Moldovaya daxil oldu
14.09.2026 13:28 Dünya

Rusiyaya məxsus PUA Moldovanın hava məkanına daxil olub.

TodayPress TV xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya kütləvi hücumları fonunda PUA Ukrayna istiqamətindən Moldova hava məkanına keçib.

Aparat Palanka kəndi yaxınlığında sərhədi keçərək ölkə ərazisinin təxminən 500 metrliyinə qədər irəliləyib.

Təxminən bir dəqiqə sonra PUA geri dönərək yenidən Ukrayna hava məkanına daxil olub.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər