Rusiyanın məşhur kurort şəhərinə PUA hücumu - VİDEO
Ukrayna PUA-larının Rusiyanın Krasnodar diyarında yerləşən Soçi limanına hücum etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə olunub.
Soçi və ətraf ərazilərdə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü, bəzi obyektlərdə isə yanğınların baş verdiyi barədə məlumatlar yayılıb.
Kübra Musayeva