Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var
Rusiyanın paytaxtı Moskvadakı Kudrin meydanında yerləşən restoranda partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində restoranda yanğın başlayıb, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.
Həmçinin partlayış zamanı 3 nəfərin həyatını itirdiyi, 10-dan çox insanın yaralandığı bildirilib.
Aysel Mətləb