Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı”
Rusiyada “Telegram”ın təsisçisi Pavel Durov haqqında yazılmış “Kod Durova” və “Kod Durova 2” kitabları satışdan çıxarılıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, sözügedən kitablar artıq “LitRes” və MyBook platformalarında nə satışda, nə də abunə əsasında oxumaq üçün əlçatandır.
“LitRes”in mətbuat xidməti bildirib ki, hər iki kitab Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq platformalardan çıxarılıb və hazırda kataloqda mövcud deyil.