Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO
Ukrayna ordusu Rusiyanın Krasnodar diyarındakı Poltavskaya neft bazasına dron hücumu edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, hadisədən sonra obyektin ərazisində böyük yanğın başlayıb.
Yerli hakimiyyət orqanları bildirib ki, alov təxminən 5000 kvadratmetr sahəni əhatə edib. Neft bazasında benzin və dizel yanacağı saxlanılan 28 rezervuar yerləşir.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Təhlükəsizlik məqsədilə yaxın ərazilərdən 60-a yaxın sakin təxliyə edilib. Poltavskaya ilə Trudobelikovski yaşayış məntəqələri arasındakı yol da müvəqqəti bağlanıb.
Türkan İsgəndərli