Rusiyada 2 havalimanına məhdudiyyət tətbiq olundu

Rusiyada 2 havalimanına məhdudiyyət tətbiq olundu
24.06.2025 13:32 Dünya

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (Rosaviatsiya) Samara və Ulyanovsk şəhərlərində yerləşən havalimanlarında təyyarələrin qəbul və buraxılmasına müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, bu qərar mülki hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilib.

“Mülki aviasiya təyyarələrinin təhlükəsiz uçuşlarını təmin etmək məqsədilə aşağıdakı havalimanlarında təyyarələrin qəbul və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub: Samara (Kurumoch), Ulyanovsk (Baratayevka)”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər