"Rusiya və Ukrayna qarşılıqlı güzəştə getməlidir!" - Uitkoff

"Rusiya və Ukrayna qarşılıqlı güzəştə getməlidir!" - Uitkoff
06.09.2026 22:00 Dünya

Sülh yolu ilə tənzimləməyə nail olmaq üçün Rusiya və Ukrayna qarşılıqlı güzəştlərə getməli və aralarındakı mövcud fikir ayrılıqlarını azaltmalıdır.

TodayPress TV xəbər verir ki, bu fikri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

"Hər iki tərəf müəyyən güzəştlərə getməli və aralarındakı fikir ayrılıqları dairəsini daraltmalı olacaq. Hesab edirik ki, buna nail olmaq üçün əlimizdə bütün tərkib hissələri var," - deyə o vurğulayıb.

Nümayəndənin sözlərinə görə, bu cür münaqişələrin tənzimlənməsi "çox mürəkkəb" vəzifədir. Uitkoff qeyd edib ki, Amerika tərəfi həll yolunun tapılmasına sadiqdir və danışıqlar prosesini uğurlu, dinc, diplomatik tənzimləməyə gətirib çıxaracağına ümid edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər