Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi
İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq rusiyalı hərbçilərin ikinci qrupu qaytarılıb, əvəzində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri təhvil verilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda rusiyalı hərbçilər Belarus ərazisindədir, onlara zəruri psixoloji və tibbi yardım göstərilir.