Rusiya və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Dünya

02.04.2026 21:40

Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Sergey Lavrov və Feysəl bin Fərhan Əl Səud telefonla Yaxın Şərqdəki hadisələri müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Saudi Press” agentliyi Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, nazirlər Yaxın Şərqdəki böhranın sülh yolu ilə həlli üçün səylərin artırılmasının vacibliyini təsdiqləyiblər:

"Xarici işlər nazirləri Fars körfəzi bölgəsində hərbi-siyasi vəziyyətin davam edən pisləşməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onlar mülki şəxslər arasında itkilərə və mülki infrastruktura, o cümlədən hərbi münaqişədə birbaşa iştirak etməyən ölkələrdə ciddi ziyana səbəb olan silahlı qarşıdurmaya tez bir zamanda son qoyulmasının vacibliyini vurğulayıblar".

Söhbət zamanı Yaxın Şərqdəki böhranın beynəlxalq hüquq əsasında və regiondakı bütün dövlətlərin qanuni maraqları nəzərə alınmaqla sülh yolu ilə həlli üçün siyasi və diplomatik səylərin gücləndirilməsinin zəruriliyi təsdiqlənib.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Səudiyyə Ərəbistanı,Sergey Lavrov,Feysəl bin Fərhan Əl Səud,TodayPress TV,