Rusiya və İran Cənubi Qafqaz üçün PLAN qurdular – “3+3” masada

Rusiya və İran Cənubi Qafqaz üçün PLAN qurdular – “3+3” masada
10.09.2026 20:14 Dünya

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iranlı həmkarı Mehdi Sobxani ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı hər iki ölkənin Cənubi Qafqazda birgə infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlik mövqeyini təsdiqləyiblər.

“Bir sıra aktual ikitərəfli və regional məsələlər, əsas diqqət Cənubi Qafqazdakı vəziyyətə yönəlməklə, fikir mübadiləsi aparılıb. Tərəflər regionda, ilk növbədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı birgə infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlik mövqelərini təsdiqləyiblər”, – deyə məlumatda qeyd olunub.

Bundan əlavə, tərəflər “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində Moskva və Tehranın mövqelərinin sıx koordinasiyasını davam etdirməkdə qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər