Rusiya və Çin liderləri videokonfrans keçirdi
Dünya
04.02.2026 13:50
Rusiya Prezident Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə videokonfrans formatında danışıb.
TodayPress TV xəbər verir ki, Putin Çin xalqını Yeni il və Bahar bayramı münasibətilə təbrik edib
Kremlin saytında dərc olunan mətndə Putin ilin əvvəlində liderlərin şəxsi təmaslarının artıq ənənəyə çevrildiyini bildirib və bunun ötən dövrün yekunlaşdırılması, gələcək planların müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Rusiya Prezidenti Çin təqviminə görə “Yazın başlanğıcı” gününün yenilənmə və yeni təbii dövrün başlanğıcı ilə assosiasiya olunduğunu qeyd edib. O, Rusiya–Çin münasibətlərinin beynəlxalq vəziyyətdən asılı olmayaraq ardıcıl və dinamik inkişaf etdiyini vurğulayıb, həmçinin Çin rəhbərliyini və xalqını Qırmızı Od Atı ili münasibətilə təbrik edib.
Qiymət Mahir
tag: Rusiya ,Putin ,Çin ,Si Cinpin,Todaypress.tv,
