Rusiya Ukraynaya son anda həlledici hücumdan qaçdı - Dünən nə baş verib?

Rusiya Ukraynaya son anda həlledici hücumdan qaçdı - Dünən nə baş verib?
10.09.2026 11:50 Dünya

Rusiya lideri Vladimir Putin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ilə görüşdən son anda imtina edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. 

Qəzetin yazdığına görə, qərar Retkliffin Rusiyanın hərbi perspektivləri ilə bağlı Rusiya kəşfiyyat rəsmilərinə kifayət qədər pessimist qiymətləndirmə təqdim etməsindən sonra verilib.

Məlumata görə, Retkliffin bundan sonra Rusiya-Ukrayna danışıqlarında daha böyük rol alması nəzərdən keçirilir.

ABŞ Prezidenti Donald Trampın onu xüsusi nümayəndə Stiv Uitkoffun əvəzinə və ya onunla birlikdə prosesə cəlb etməyi düşündüyü bildirilir.

Cared Kuşnerin isə diqqətini Yaxın Şərq məsələlərinə yönəldə biləcəyi qeyd olunur.

Beləliklə, Rusiyanın hərbi imkanları barədə Moskvanın eşitmək istəmədiyi qiymətləndirməni verən Retkliffin yaxın zamanda Kremlin müharibənin başa çatdırılması ilə bağlı danışıqlarında əsas iştirakçılardan birinə çevrilməsi ehtimalı yaranıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər