Rusiya Ukraynada sərnişin qatarını vurdu

Rusiya Ukraynada sərnişin qatarını vurdu
16.09.2026 10:57 Dünya

Rusiya ordusu Kiyev–Nikolayev marşrutu üzrə hərəkət edən sərnişin qatarına zərbə endirib.

TodayPress TV "UNIAN"a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznıtsya”nın İdarə Heyətinin rəhbəri Aleksandr Pertsovski məlumat verib.

“Ukrzaliznıtsya”nın monitorinq qrupu lokomotiv və qatar briqadalarının, eləcə də sərnişinlərin təxliyəsi barədə vaxtında göstəriş verib. Beləliklə, hər şey qaydasındadır”, – Pertsovski bildirib.

Onun sözlərinə görə, sərnişinlərin təyinat məntəqəsinə çatdırılması üçün hazırda Nikolayevə avtobusla transfer təşkil olunur.


XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər