Rusiya Trampın sülhməramlı olmaq istəyindən danışdı

Rusiya Trampın sülhməramlı olmaq istəyindən danışdı
21.05.2025 12:07 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsini həll edən sülhməramlı lider kimi tarixə düşmək istəyə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Sputnik"ə müsahibəsində danışıb.

Zaxarovanın sözlərinə görə, Tramp öz mesajını açıq şəkildə ifadə edib. Belə ki, Ukraynadakı münaqişəyə səbəb olan şəxs ABŞ-nin əvvəlki prezidenti Cozef Baydendir və bu problemi də o həll etməlidir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Trampın bu məsələdə ABŞ-nin məsuliyyətini necə dəyərləndirdiyi barədə konkret fikir bildirməyib. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər