Rusiya İrəvan və Bakı arasında nizamlanmaya kömək etməyə hazır olduğunu bəyan etdi
Dünya
03.04.2026 23:37
Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına cəlb olunmuş tərəflərin ehtiyac duyacağı həcmdə kömək etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "24news" portalına müsahibəsində bildirib.
Diplomat xatırladıb ki, hazırda həyata keçirilən Ermənistan-Azərbaycan normallaşmasının əsasları Rusiyanın fəal iştirakı ilə, 2020-2022-ci illərdə ali səviyyədə əldə olunmuş bir sıra razılaşmalar sayəsində qoyulub. O danışıqlar aparan tərəflərin mövqeyinə tam hörmətlə yanaşdığını bildirib və əlavə edib ki, bu danışıqların hansı formatda yaxud necə aparılmasına onlar qərar verməlidir.
“Biz dəqiq bəyan edirik ki, hər iki tərəf üçün tələb olunacaq həcmdə və formalarda kömək göstərməyə davam etməyə hazırıq. Bizim bu mövqeyimiz dəyişməz qalır", - deyə səfir qeyd edib.
Aysel Mətləb
tag: Azərbaycan,Rusiya,Ermənistan,Sergey Kopırkin,TodayPress TV,
