Rusiya-Finlandiya sərhədində ABŞ təlimləri başladı
Rusiya-Finlandiya sərhədi yaxınlığında ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlər başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunları məlumat yayıb.
Bildirilib ki, “Karelian Citadel 25” adlı təlimlərə 900-ə yaxın şəxsi heyət və 150-yə yaxın texnika cəlb olunacaq. Təlimlərdə Kareliya Briqadasından əlavə Finlandiya Hərbi Akademiyasının hərbçiləri, eləcə də ABŞ-nin Virciniya Milli Qvardiyasının bölməsi iştirak edir.
Qeyd edək ki, manevrlər ölkənin cənub-şərqində yerləşən Kymenlaakso bölgəsində keçirilir.
Aysel Mətləb