Rusiya bacarmır: Çinin xahişindən sonra Ukrayna Vladivostoku vurmadı

Rusiya bacarmır: Çinin xahişindən sonra Ukrayna Vladivostoku vurmadı
07.09.2026 14:00 Dünya

Çin Ukraynadan Putinin Şərq İqtisadi Forumunda iştirak edən yüksəkvəzifəli Çin rəsmisinin səfəri zamanı Vladivostoka zərbə endirməməyi xahiş edib və Kiyev bu tələblə razılaşıb.

TodayPress TV xəbər verir ki, xarici KİV-in məlumatına görə, Ukrayna Rusiyanın dərinliklərində yerləşən və Ukraynadan təxminən 6 500 kilometr uzaqda olan Vladivostoku hədəfə almağı planlaşdırıb.

Məlumata görə, Pekin mümkün hücumla bağlı narahatlığını Kiyevə çatdırıb.

Çinin bu narahatlığının səbəblərindən biri Ukraynanın 2025-ci ildə keçirdiyi “Hörümçək toru” əməliyyatı olub. Əməliyyat zamanı 100-dən çox pilotsuz uçuş aparatının Rusiya ərazisinin dərinliklərinə gizli şəkildə çatdırıldığı bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl açıqlamasında adını çəkmədən “başqa bir böyük güc”ün müəyyən müddət ərzində zərbələrin dayandırılmasını xahiş etdiyini bildirmişdi.

Kiyev Pekinin xahişini qəbul edib.

Ukrayna tərəfinin bu addımı Çinin gələcəkdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına kömək göstərə biləcəyi ümidi ilə əlaqələndirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər