Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
01.08.2026 17:10 Dünya

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ və İsrailə sərt xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Rezainin sözlərinə görə, bəzi qüvvələr bazarların iki gün bağlı olmasından istifadə edərək İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər.

"Bu, Netanyahu tərəfindən Trampa təlqin edilən xülyadır. Əgər İrana hücum edilərsə, biz bütün regionu və onun infrastrukturunu daş dövrünə qaytaracağıq. Ağılsız addım atmamaq sizin öz xeyrinizədir", – deyə iranlı deputat bildirib.

Bəyanat ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımları ilə bağlı yayılan xəbərlər fonunda səsləndirilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər