Quşlar qadınlara maraq göstərir
Dünya
30.04.2026 19:15
Beynəlxalq bioloqlar qrupu şəhər quşlarının insanların yaxınlaşmasına reaksiyasını araşdıraraq maraqlı nəticə əldə edib.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "People and Nature" (PN) jurnalında dərc olunub.
Alimlər “qorxu məsafəsi” adlanan göstəricini ölçüblər — bu, quşların insan yaxınlaşanda uçub uzaqlaşmağı seçdiyi məsafəni göstərir. Təcrübə Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada aparılıb.
Nəticələrə görə, quşlar qadınların yaxınlaşmasına kişilərə nisbətən daha tez reaksiya verir və daha uzaq məsafədən uçurlar. Orta hesabla, kişilərə bir metr daha yaxın gəlməyə icazə verilib. Bu davranış 37 müxtəlif quş növündə müşahidə olunub və ümumilikdə 2700-dən çox ölçmə aparılıb.
Alimlər bu fərqin səbəbinin hələlik tam aydın olmadığını bildirirlər. Mümkün izahlar arasında qoxu fərqləri, hərəkət tərzi və davranış xüsusiyyətləri göstərilir, lakin bunların hamısı əlavə araşdırma tələb edir.
Tədqiqat şəhər mühitində insan və vəhşi təbiət arasındakı qarşılıqlı təsirləri daha yaxşı anlamaq üçün mühüm hesab olunur.
Türkan İsgəndərli
tag: Quş,Kişi,Qadın,Reaksiya,Todaypress.tv,
