Ümit Özdağ Bakıya gəlir - Tarix

Ümit Özdağ Bakıya gəlir - Tarix
26.10.2026 14:50 Xarici siyasət

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Azərbaycana gələcək.

TodayPress TV  xəbər verir ki, bunu Ümit Özdağın müaşviri Hakkı Şafak Ses "MediaTürk" TV-nin efirində qonaq olarkən bildirib.

"Yeni Azərbaycan Partiyası ilə Zəfər Partiyası arasında əlaqələrin qurulmasında maraqlıyıq. Bu məsələni müzakirə etmək lazımdır. Ümit Özdağın rəhbərlik etdiyi nümayəndə heyətimiz bu məqsədlə dekabr ayında Azərbaycana səfər edəcək", - deyə o bildirib. 

Xatırladaq ki, Oktyabrın 24-də Türkiyə Respublikasının Zəfər Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Hakkı Şafak Ses arasında görüş keçirilib.


XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər