İran toyunda oxunan "Bu səs türkün səsi"nə görə ortalıq qarışdı - farslar Pezeşkianı hədəfə aldı

İran toyunda oxunan "Bu səs türkün səsi"nə görə ortalıq qarışdı - farslar Pezeşkianı hədəfə aldı
26.10.2026 13:03 Təhlil

İranda türk kimliyini və milli musiqini hədəfə alan müzakirələr yenidən gündəmdədir. 

TodayPress TV xəbər verir ki, İranda toy məclisində “Bu səs türkün səsi” mahnısının səsləndirilməsi ilə bağlı görüntülər iranlı  anti-türk şərhçi Ehsan Movahedyanı  narahat edib.

Anti-türk və anti-Azərbaycan mövqeyi ilə tanınan Movahedyan paylaşımında pan-türkist tələbə fəal Rəşidin görüntülərini yayaraq onun Məsud Pezeşkianla əvvəlki müsahibəsini və başqa bir toplantıda iştirakını ön plana çıxararaq Pezeşkianı hədəf alıb. Həmin toplantıda pan-türk marşının səsləndirildiyi və “Bozqurdlar” simvolunun nümayiş olunduğunu iddia edib. 

Movahedyanın paylaşımında türk milli kimliyi ilə bağlı mövzuların təhlükə kimi təqdim edilməsi maraqlıdır.

Halbuki bir mahnının səsləndirilməsi və türk kimliyinin ifadəsi özlüyündə hər hansı qanunsuz fəaliyyət  deyil. Bu cür mövzuların siyasi ittihamlarla əlaqələndirilməsi isə İranda türklərin milli-mədəni ifadəsinə sərt münasibət barədə suallar yaradır.

Görüntülər  sənədli film rejissoru  Məhəmməd Əlimuradinin səhifəsində paylaşılıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər