Gənc boksçularımız dünya çempionatından əliboş qayıtmadılar!
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatı başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisi mundialda iki bürünc medal qazanıb.
Yığmamızın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqləniblər. Hər iki boksçumuz dünya çempionatının bürünc medalına sahib çıxıb.
Namiq HUN