Gentdə Azərbaycan zəfəri: millimizdən üç medal!
Azərbaycan Karate Federasiyasının Kyokuşin (Kay) Senşi karate üslubu üzrə milli komandası Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında uğurlu nəticə göstərib.
TodayPress TV Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 24-25-də təşkil olunan qitə birinciliyində təmsilçilərimiz bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.
U-18 yaş qrupunda +60 kq çəki dərəcəsində mübarizə aparan Selcan Babayeva bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna sahib çıxıb.
U-21 yaş kateqoriyasında +80 kq çəki dərəcəsində çıxış edən Cəmil Kazımlı yarışı gümüş medalla başa vurub.
Böyüklər arasında 70 kq çəki dərəcəsində mübarizə aparan Sahil Musazadə isə Azərbaycan yığmasının medal kolleksiyasına bürünc mükafat əlavə edib.
Namiq HUN