Bermanın böyük maaş istəyi “Haas”la danışıqları dalana dirədi!

Bermanın böyük maaş istəyi “Haas”la danışıqları dalana dirədi!
26.10.2026 15:05 İdman

“Haas” komandasının pilotu Oliver Berman 2027-ci il mövsümü üçün yeni müqavilə ilə bağlı maliyyə tələblərini irəli sürüb. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Mark Limaxer məlumat yayıb.

Britaniyalı pilotun 6 milyon avro məvacib istədiyi, lakin komandanın bu təkliflə razılaşmadığı bildirilir.

Tərəflər arasında maaşla bağlı fikir ayrılığı danışıqların ləngiməsinə səbəb olub.

“Eşitdiyimə görə, Oliver Berman 2027-ci il mövsümü üçün “Haas”la müqaviləsinə görə kifayət qədər yüksək məbləğ tələb edir. Britaniyalı pilot növbəti mövsüm üçün ABŞ komandasından 6 milyon avro istəyib. “Haas” bu qədər ödəməyə hazır deyil və buna görə də danışıqlar hazırda yavaşlayıb”, – deyə Limaxer yazıb.

“RacingNews365” nəşrinin məlumatına əsasən, Bermanın 2026-cı il üçün məvacibi 1 milyon dollar təşkil edəcək. Onun komanda yoldaşı, fransalı Esteban Okon isə cari mövsümdə 7 milyon dollar qazanacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər