Yeniyetmələr "Tik-Tok"-da sözləşib şəhəri qarışdırdı - Barselonada İğtişaşlar

Yeniyetmələr "Tik-Tok"-da sözləşib şəhəri qarışdırdı - Barselonada İğtişaşlar
26.10.2026 14:40 Dünya

Bu həftəsonu Barselonada (İspaniya) baş verən iğtişaşlar zamanı 128 nəfər saxlanılıb.

TodayPress TV  xəbər verir ki, bu barədə şəhərin meri Xaume Kolboni "Cadena SER" radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, saxlanılanların 56 %-i yetkinlik yaşına çatmayanlardır: "Bu, sosial şəbəkələrdə, xüsusilə TikTok-da təşkil edilən olduqca şübhəli bir aksiyadır".

Kolboni iğtişaşlar nəticəsində şəhər əmlakına vurulan ilkin ziyanı 36 min avro məbləğində qiymətləndirib.

Bundan əlavə, iğtişaşlarla əlaqədar 14 polis əməkdaşı xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Yanğınsöndürənlərə 33 çağırış daxil olub, ticarət obyektlərinə qarşı isə 23 vandalizm hadisəsi qeydə alınıb. Bundan başqa, polis 68 halda bıçaq, qaz balonu, fişəng, balaklava və digər əşyalar götürüb.

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər