Son 15 ilin arzuolunmaz rekordu: “Nyu-York” mövsümə çöküşlə başladı!
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) son çempionu “Nyu-York Niks” yeni mövsümə ardıcıl üç məğlubiyyətlə başlayan son 15 ilin ilk çempion komandası olub.
TodayPress TV xəbər verir ki, buna qədər sonuncu belə hal 2011/2012-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt 2011-ci ildə çempionluq qazanan “Dallas Maveriks” növbəti mövsümün ilk üç oyununda məğlubiyyətlə üzləşib.
“Dallas Maveriks” ilk olaraq “Mayami Hit”ə 94:105, daha sonra “Denver Naggets”ə 93:115, üçüncü görüşdə isə “Oklahoma-Siti Tander”ə 102:104 hesabı ilə uduzub.
“Nyu-York Niks” də yeni mövsümə uğursuz başlayıb. Komanda açılış oyununda “Filadelfiya”ya 100:106 hesabı ilə məğlub olub. Ardınca “Boston Seltiks”lə qarşılaşmada 103:107 hesabı ilə uduzub.
Oktyabrın 26-na keçən gecə isə “Nyu-York Niks” doğma meydanda “Orlando Mecik”lə üz-üzə gəlib və 102:111 hesabı ilə məğlub olub.
Beləliklə, son çempion ilk üç oyunda qələbə qazana bilməyib və NBA tarixində son 15 ilin arzuolunmaz göstəricilərindən birinə imza atıb.
Namiq HUN