İran təhsil naziri azərbaycanlı qızlardan hərəmxana düzəldir - Niyyət

İran təhsil naziri azərbaycanlı qızlardan hərəmxana düzəldir - Niyyət
26.10.2026 14:30 Təhlil

İranın Təhsil Nazirliyi Azərbaycana qarşı böyük təxribatla məşğuldur. Azərbaycanlı qızları ölkəyə təhsil almağa dəvət edir. Amma əsas sual budur ki, hansı dildə təhsil alacaqlar? Fars dilində? Fars dilini öyrəndikdən sonra bunun adı assimilyasiyadır və faktiki olaraq Azərbaycana qarşı ciddi təxribatlardan birini təşkil edir.

İkincisi, Azərbaycan şagirdləri üçün azad təhsil mühiti yaradacaqlarını deyirlər. Hansı azad təhsil mühitindən gedir ki söhbət? Yalnız ideologiyaya köklənib və hökumət əleyhinə çıxan şəxslərə qarşı ən azından edama qədər bu proseslər aparılmaqdadır.

Üçüncüsü, əxlaq polisinin etmədiyi əxlaqsızlıq qalmayıb. Bütövlükdə İran gənclərinə, tələbələrə qarşı küçələrdə, müxtəlif qapalı məkanlarda törədilən cinayətlərin sayı-hesabı yoxdur. Ən azından 2022-ci ildə Məhsa Əmini hadisələrini xatırlatmaq kifayət edər.

Ona görə İran Təhsil Nazirliyinin üç istiqamətdə məqsədini ifşa etmək lazımdır:

Birincisi, azərbaycanlı gənclərdən, şagirdlərdən, körpələrdən özlərinə kadr hazırlamaq məqsədilə belə bir addım atırlar.

İkincisi, artıq görürük ki, Güney Azərbaycan məsələsini unutdurmağa çalışırlar.

Üçüncüsü isə, İranın özünün daxili ictimai-siyasi vəziyyəti bəlkə müharibə ərəfəsindədir, bəlkə İsrail və Birləşmiş Ştatlarla savaşının növbəti pərdəsi tamamilə fərqli notlarla bitəcək. Yəni bu dərəcədə daxili problemi olan ölkənin Azərbaycan məsələsinə qarışmasından daha absurd heç nə ola bilməz."


İsmayıl Şahlı

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər