Mundialda növbəti sınaq: gənclərimiz İsrail ilə üz-üzə!

Mundialda növbəti sınaq: gənclərimiz İsrail ilə üz-üzə!
26.10.2026 14:17 İdman

Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti matçına çıxıb. 

TodayPress TV xəbər verir ki, yığmamız İsrail komandasını 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisi bu gün növbəti görüşündə Haiti yığması ilə qarşılaşacaq. Matç saat 18:15-də başlayacaq.

Qeyd edək ki, U-15 millimiz turnirdə daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə məğlub edib. Komandamız Avstraliya yığmasına 1:3 hesabı ilə uduzub.

Oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin qalibi isə Bakı Kristal Zalında təşkil olunacaq final görüşündə müəyyənləşəcək.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər