Üç milyardlıq savaş başladı: Hindistan Çinə "girdi"
Asiyanın iki nüvə dövləti arasında sərhəd mübahisəsi yenidən diqqət mərkəzinə gəlib. Himalay regionunda ərazi iddiaları ilə bağlı fikir ayrılıqları Pekin və Yeni Dehli arasında təhlükəsizlik risklərini artırır.
TodayPress TV “RKM Times” “X” kanalına istinadən xəbər verir ki, Çin və Hindistan arasında Arunachal Pradeşin mübahisəli ərazisində, eləcə də Faktiki Nəzarət Xəttinin şərq sektorunda yaranmış gərginlik fonunda hərbi qüvvələr arasında qarşıdurmalar baş verib.
Hindistan-Tibet Sərhəd Polisinin baş direktoru Şatrujit Kapurun sözlərinə görə, Arunachal Pradeş sərhədi boyunca bir neçə məntəqədə Çin hərbçiləri ilə üz-üzə qarşıdurmalar qeydə alınıb və gərginlik hələ də davam edir.
Zəhra Məmmədova