Qırğızıstanda Zobel mükafatı təsis edildi

Qırğızıstanda Zobel mükafatı təsis edildi
17.06.2026 02:00 Dünya

Qırğızıstanda ilk Qum Rəssamlığı Akademiyası fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun baş direktoru Zarema Abılqaziyeva məlumat verib.

Onun sözlərinə görə, ən qədim incəsənət növlərindən biri hesab edilən qum rəssamlığı bundan sonra rəsmi şəkildə inkişaf etdiriləcək və bu təşəbbüs regionun mədəni həyatı üçün mühüm əhəmiyyət daşıyacaq.

Akademiya fəaliyyətə başladıqdan sonra qum rəssamlığı üzrə rəssam və ustaların ilk Ümumdünya Qurultayını keçirməyi planlaşdırır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən bu sahənin tanınmış nümayəndələrinin iştirakı nəzərdə tutulur. Qurultayın əsas hadisələrindən biri Qum Rəssamları Ümumdünya Birliyinin prezidentinin seçilməsi olacaq.

Bundan əlavə, Akademiya məşhur alman rəssamı Benjamin Zobelin şərəfinə adlandırılan Zobel mükafatını təsis edib. Bu mükafat qum rəssamlığı sahəsində təqdim olunan ilk beynəlxalq mükafat hesab edilir.

Mükafat "Qum Rəssamlığı Həftəsi" festivalı çərçivəsində təqdim olunacaq. Bildirilir ki, festivala müxtəlif ölkələrdən 30 usta müraciət edib. Münsiflər heyətinin qərarına əsasən, onlardan altısı öz istiqamətləri üzrə çempion adına layiq görüləcək.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər