Qəzzada atəşkəs üçün SON XƏBƏRDARLIQ: “Müharibə yenidən başlaya bilər”

Qəzzada atəşkəs üçün SON XƏBƏRDARLIQ: “Müharibə yenidən başlaya bilər”
28.08.2026 23:55 Dünya

Qəzza zolağındakı vəziyyətin həlli ilə bağlı Sülh Şurasının planının həyata keçirilməməsi İsrail ilə HƏMAS arasında əldə edilmiş atəşkəsin pozulmasına gətirib çıxaracaq.

TodayPress TV xəbər verir ki, bu barədə Sülh Şurasının Qəzza üzrə Ali nümayəndəsi Nikolay Mladenov bildirib.

“Dünyanın Sülh Şurası tərəfindən hazırlanmış yol xəritəsinə əməl edilməməsi Qəzzadakı atəşkəsi pozmaq təhlükəsi yaradır”, - deyə o vurğulayıb.

Mladenov qeyd edib ki, xəbərdarlığı həm İsrail, həm də Fələstin tərəfinə aiddir.

“Sülh Şurasının Qəzza zolağı ilə bağlı mövcud planına daha yaxşı alternativ yoxdur və müharibəyə qayıdış dağıdıcı nəticələrə səbəb olacaq”.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər