Qərbin Tehrana qarşı siyasəti “iflas etdi”? - İrandan qətnaməyə SƏRT CAVAB

Qərbin Tehrana qarşı siyasəti “iflas etdi”? - İrandan qətnaməyə SƏRT CAVAB
09.09.2026 22:21 Dünya

ABŞ və digər Qərb ölkələri Tehrana qarşı uğursuz siyasətlərinin nəticələrini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direktorlar Şurasında İrana qarşı qətnamənin qəbul edilməsi yolu ilə kompensasiya edə bilməyəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

“Bu cür manipulyasiyalarla siz nə siyasətinizin və addımlarınızın uğursuzluğunu kompensasiya edə, nə də Təhlükəsizlik Şurasında hər hansı nəticəyə nail ola biləcəksiniz”, – deyə o vurğulayıb.

Qəribabadi xatırladıb ki, məhz ABŞ və İsrail AEBA-nın təminatları altında olan İranın nüvə obyektlərinə zərbələr endirib, normal yoxlama prosesini pozub və daha sonra bundan AEBA Direktorlar Şurasında İrana qarşı qətnamənin qəbul edilməsi üçün bəhanə kimi istifadə ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər