Qazaxıstanda təyyarə qəzaya uğradı

Qazaxıstanda təyyarə qəzaya uğradı
17.08.2025 22:30 Dünya

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli “Aerostar R40F UP-LA229” tipli təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər, bir pilot və bir sərnişin həlak olub. Təyyarənin özəl reyslə uçduğu bildirilir.

Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər