Qazaxıstanda iki turistin cəsədi tapıldı
Almatı dağlarında xilasedicilər itkin düşən turist qrupundan daha iki nəfərin meyitini aşkar ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, meyitlər dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdə "Lokomotiv" zirvəsi ətrafında tapılıb.
Daha əvvəl axtarış-xilasetmə əməliyyatı zamanı eyni qrupdan daha bir ölən şəxs aşkar edilib. Beləliklə, hadisə nəticəsində üç nəfər həlak olub.
FHN-dən bildirilib ki, axtarış işləri mürəkkəb yüksək dağlıq şəraitdə aparılıb.