Qızıl, gümüş və bürünc! Boksçularımız Avropanı fəth etdilər!
Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatı başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan millisi turniri 1 qızıl, 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 10 medalla başa vurub.
Yığmamızın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib. O, final görüşündə Rumıniya təmsilçisi Riçard Ovidiuya 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Hakimlərin fərdi xalları 30:27, 29:28, 30:27, 30:27 və 30:27 olub.
Azərbaycan millisinin digər üzvlərindən Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) gümüş medala sahib çıxıblar.
Nuray Qafarova (50 kq), Ələkbər Məmmədli (44 kq), Gülay Ocaqova (57 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə çempionatı bürünc medallarla başa vurublar.
Namiq HUN