Qazaxıstan və Aİ vizaları sadələşdirəcək

Dünya

03.12.2025 21:40

Qazaxıstan və Avropa İttifaqı (Aİ) arasında sadələşdirilmiş vizalar rejimi və readmissiya haqqında Sazişin imzalanması üzrə danışıqların ilk mərhələsini keçirilib.

TodayPress TV xəbər verir ki, iclas Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev və Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Lühnerin həmsədrliyi ilə baş tutub.

Danışıqların başlanması yubileyə təsadüf edib – dekabr ayında Qazaxıstan və Aİ arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanmasından 10 il ötür. İştirakçılar qeyd ediblər ki, danışıqlar tərəflər arasında etimadın artması, mobilliyin gücləndirilməsinə, vətəndaşlar üçün imkanların genişləndirilməsinə, humanitar və ictimai əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş niyyəti əks etdirir.

Qeyd olunub ki, bu, Aİ ilə Mərkəzi Asiya dövləti arasında ilk belə danışıqlar prosesidir. Müzakirələr konstruktiv şəkildə aparılıb, tərəflər yanaşmalarını bölüşüb, ilkin istiqamətləri razılaşdırıb və gələcək işin istiqamətlərini müəyyənləşdiriblər.

Rəsmi danışıqların başlanması 1 dekabrda Brüsseldə keçirilmiş Qazaxıstan–Aİ əməkdaşlıq şurasının 22-ci iclasında elan olunub. Növbəti mərhələ 2026-cı ildə Astanada baş tutacaq.

TodayPress TV

tag: Qazaxıstan,Aİ,Visa,Səyahət,todaypress.tv,