Qazaxıstan ikinci AES-in tikintisinə razılıq verdi
Qazaxıstanın Nüvə Sənayesinin İnkişafı üzrə İdarələrarası Komissiya ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün Almatı vilayətinin Jambil rayonunu müəyyən edib.
TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstanın Atom Enerjisi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"Atom Enerjisi Agentliyi Qazaxıstan Atom Elektrik Stansiyaları ilə birlikdə baza yükü tələbləri, geoloji amillər, elektrik şəbəkəsi infrastrukturu və ölkənin artan iqtisadiyyatı üçün dayanıqlı elektrik təchizatının təmin edilməsi ehtiyacı nəzərə alınmaqla ikinci AES-in potensial yerlərinin təhlilini aparıb”, - deyə məlumatda bildirilib.
Aysel Mətləb