Qara dənizdə iki NATO təyyarəsi aşkar edildi
Dünya
02.04.2026 17:47
Qara dəniz üzərindəki hava məkanında Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135W Rivet Joint strateji kəşfiyyat təyyarəsi və ABŞ-yə məxsus Bombardier Challenger 650 Artemis kəşfiyyat və hədəf müşahidəsi təyyarəsi qeydə alınıb.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə "Flightradar" xidməti mkəlumat yayıb.
Məlumata əsasən, Britaniya təyyarəsi Moskva vaxtı ilə saat 12:36-da London yaxınlığındakı RAF Waddington aviabazasından havaya qalxıb. Daha sonra o, Hollandiya, Almaniya və Mərkəzi Avropa ölkələrinin hava məkanından keçərək Rumıniyanın Qara dəniz sahili üzərində uçuşa başlayıb.
Eyni zamanda, ABŞ-yə məxsus təyyarə Moskva vaxtı ilə saat 08:45-də Rumıniyanın cənub-şərqində, Konstansa qraflığındakı Mixail Koqălniceanu hava bazasından havaya qalxıb. Kəşfiyyat təyyarəsi Türkiyə–Gürcüstan sərhədinə doğru hərəkət edib və daha sonra Qara dəniz üzərində bir neçə manevr həyata keçirib.
Qeyd edilib ki, Bakı vaxtı ilə saat 17:05-ə olan məlumata görə, hər iki təyyarə hələ də Qara dənizin hava məkanında idi.
Jalə Rövşən
tag: Qara dəniz ,NATO,ABŞ,Təyyarə ,Todaypress.tv,
