Qara dənizdə gəmi batdı - 12 nəfərin taleyi bəlli deyil

Qara dənizdə gəmi batdı - 12 nəfərin taleyi bəlli deyil
16.11.2026 15:11 Dünya

Somali bayrağı altında üzən BETUL 8 yük gəmisi Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, gəmi 3 ton səpmə buğda daşıyırmış və Rumıniyadan Misirə doğru hərəkət edirmiş. Hadisə zamanı gəminin göyərtəsində 12 heyət üzvü olub.

Gəminin batmasının səbəbi və heyət üzvlərinin vəziyyəti barədə məlumat verilməyib.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər