Qalibaf ABŞ-ni “ələ saldı”: “Tuk-tuk!” - FOTO

Qalibaf ABŞ-ni “ələ saldı”: “Tuk-tuk!” - FOTO
08.09.2026 23:04 Dünya

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin sualtı pilotsuz aparatının ələ keçirilməsinə münasibət bildirərək Vaşinqtonu məsxərəyə qoyub.

TodayPress TV xəbər verir ki, Qalibaf paylaşımında hadisəni ironik şəkildə “Tuk-tuk!” ifadəsi ilə təsvir edib və bildirib ki, ABŞ-nin ən müasir kəşfiyyat sualtı pilotsuz aparatı (UUV) gözlənilməz şəkildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə “qapıda rastlaşıb”.

O, daha sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz sualtı aparat proqramının sıradan çıxarıldığını iddia edib.

Qeyd edək ki, ABŞ və İran arasında regionda hərbi qarşıdurma son günlər daha da kəskinləşib.

Kübra Musayeva


XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər