8 müharibə bitirən Trampın əli yenə boş qaldı
ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin həllində əldə etdiyi nailiyyətləri sadalayaraq Nobel sülh mükafatına layiq görülməməsindən yenidən narazılığını ifadə edib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social”da deyib.
ABŞ lideri iddia edib ki, o, səkkiz müharibəni həll edib, daha iki münaqişənin başa çatdırılmasına və ya nizamlanmasına yaxındır.
Tramp, həmçinin İsraildəki bütün girovların, o cümlədən sonuncu 28 nəfərin geri qaytarılmasını, eləcə də dünyanın müxtəlif ölkələrində saxlanılan yüzlərlə girovun azad edilərək evlərinə dönməsini təmin etdiyini bildirib.