Tanınmış jurnalistin oğurlanan barelyefi bərpa edildi

Tanınmış  jurnalistin oğurlanan barelyefi bərpa edildi
10.10.2026 15:45 Gündəm

Tanınmış azərbaycanlı jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindən oğurlanan bürünc barelyef bərpa olunaraq yenidən yerinə quraşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Məlumata görə, abidənin bərpası ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürüb.

Barelyefin yoxa çıxması sentyabrın 9-da məlum olub. Həmin gün Yasamal rayonunun 28-ci Polis Bölməsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayıb, bir neçə hissəyə mişarlanmış barelyefi aşkarlayıblar.

Bürünc kompozisiyanın üzərindəki yazılar kəsildiyindən onun yenidən hazırlanmasına qərar verilib. İlkin barelyef heykəltaraş Məzahir Əfşarın layihəsi əsasında yaradılmışdı. Onun eskizləri əsasında barelyefin surətini İncəsənət Akademiyasının dosenti Nurlan Məmmədov hazırlayıb. Əsər akademiyanın emalatxanasında usta Namiq Sadıqov tərəfindən tökülüb, quraşdırılmasını isə usta Feyzi Oruclunun komandası həyata keçirib.

Nəcəf Nəcəfovun ailəsi və həmkarları abidənin bərpasında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər