Pxenyandan ABŞ-yə SƏRT XƏBƏRDARLIQ: “Güzgü kimi cavab verəcəyik!”

Pxenyandan ABŞ-yə SƏRT XƏBƏRDARLIQ: “Güzgü kimi cavab verəcəyik!”
07.09.2026 19:10 Dünya

KXDR-in müdafiə naziri Kim Son Gi regionda ABŞ-nin iştirakı ilə keçirilən hərbi təlimləri tənqid edib və Pxenyanın gərginliyin artırılmasına cavab olaraq güzgü xarakterli tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, onun sözlərini Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) yayıb.

"Əgər ABŞ və onun müttəfiqləri bizimlə yeni hərbi qarşıdurma yaradacaqlarsa, biz güclü və güzgü xarakterli cavab tədbirləri görəcəyik", - deyə müdafiə naziri bəyan edib.

O, Koreya Respublikası, ABŞ və Yaponiyanın sentyabrın 7-də başlayan "Freedom Edge" təlimlərini təxribat xarakterli adlandırıb, həmçinin sentyabrın 8-dən 24-dək keçirilməsi planlaşdırılan ABŞ, Yaponiya və Avstraliyanın "Orient Shield" təlimlərini xatırladıb. Pxenyanda ABŞ-nin Koreya Respublikası ilə hərbi təlimlərini ənənəvi olaraq müharibə məşqi adlandırırlar.

"Mən Koreya yarımadasında təşviş doğuran hərbi qarşıdurma və toqquşma ehtimalı yaradan ABŞ və onun peyklərinin düşünülməmiş hərbi maxinasiyalarına qarşı və bu cür hərəkətlərin fəsadları barədə kəskin xəbərdarlıq edirəm. Zərurət yarandığı təqdirdə, düşmənlərin maxinasiyalarına daha güclü və qətiyyətli praktiki addımlarla cavab vermək qabiliyyətimizi nümayiş etdirəcəyik," - deyə nazir bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər