Putin və Tramp telefon danışığı apardı: Nələr müzakirə edildi?

Putin və Tramp telefon danışığı apardı: Nələr müzakirə edildi?
08.09.2026 18:26 Dünya

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, tərəflər ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələri barədə fikir mübadiləsi aparıblar.

Uşakov qeyd edib ki, Putin söhbət zamanı ABŞ-nin Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər