Putin Trampı təbrik etdi: Dost, ya düşmən olduğu bilinmir

Putin Trampı təbrik etdi: Dost, ya düşmən olduğu bilinmir
14.06.2026 20:09 Dünya

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa zəng edərək onu yubileyi münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp Putinin təbrikindən məmnun qalıb və bildirib ki, Putin bu gün onu təbrik edən ilk xarici lider olub.

Telefon danışığı zamanı Donald Tramp Ukraynada hərbi əməliyyatların dayandırılmasının vacibliyini bir daha vurğulayıb.

Uşakovun açıqlamasına əsasən, Tramp həmçinin ABŞ və İran arasında əldə olunması gözlənilən razılaşmanın yekun mərhələdə olduğunu və sənədin bu gün açıqlana biləcəyini bildirib. Vladimir Putin isə ABŞ-la İran arasında bütün regionu gərginliyə sürükləyə biləcək münaqişənin qarşısının alınmasından məmnunluğunu ifadə edib.

Məlumata görə, tərəflər ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin yaxın vaxtlarda yenidən Rusiyaya səfər etməsi barədə razılığa gəliblər.

Telefon danışığı zamanı Putin, Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüş məsələsinə də toxunaraq bildirib ki, əgər Zelenski görüş keçirmək istəyirsə, Moskvaya gələ bilər.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər