Putin: "Rusiya və Vyetnamın mövqeləri bir çox məsələdə üst-üstə düşür"

Putin: "Rusiya və Vyetnamın mövqeləri bir çox məsələdə üst-üstə düşür"
09.09.2026 21:10 Dünya

Moskva və Hanoyun beynəlxalq gündəmin aktual məsələlərinin bir çoxunda mövqeləri böyük ölçüdə üst-üstə düşür və ya bir-birinə çox yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Vyetnam Prezidenti To Lam ilə söhbətinin yekunlarına dair bildirib.

“Qlobal və regional gündəmin aktual məsələlərinin müzakirəsi Vyetnam və Rusiyanın mövqelərinin böyük ölçüdə üst-üstə düşdüyünü və ya bir-birinə çox yaxın olduğunu təsdiqlədi. Ölkələrimiz beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə etməmək prinsiplərini qətiyyətlə müdafiə edir, Asiya-Sakit okean regionunun sabit və davamlı inkişafının tərəfdarı kimi birgə çıxış edirlər”, – deyə Putin vurğulayıb.

Rusiya lideri qeyd edib ki, bütün bu məsələlər Vyetnamlı həmkarlarla ətraflı müzakirə olunub və əsas çoxtərəfli platformalarda, o cümlədən Rusiya-ASEAN dialoqu çərçivəsində səylərin əlaqələndirilməsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonda Putin To Lama məhsuldar birgə işə, həmçinin dəvəti qəbul edərək Rusiyaya səfər etdiyinə görə minnətdarlığını bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər