Putin Hindistana gedir

Putin Hindistana gedir
10.09.2026 16:38 Dünya

Rusiya Prezidenti Vladimir Putin 11-13 sentyabr tarixlərində Hindistana səfər edəcək.

TodayPress TV xəbər verir ki, Putin Yeni Dehlidə keçiriləcək 18-ci BRICS sammitində iştirak edəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sammitin əsas şüarı “Davamlılıq, İnnovasiya, Əməkdaşlıq və Sabitliyin Gücləndirilməsi”dir.

BRICS sammiti 12-13 sentyabrda Yeni Dehlidə keçiriləcək. Qrup bu il yaradılmasının 20-ci ildönümünü qeyd edir.

Sammitdə təşkilat üzvü Braziliya Prezidenti Luiz İnasio Lula da Silva iştirak etməyəcək. O, Braziliyada oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyaya görə səfərdən imtina edib.

Braziliyanı sammitdə xarici işlər naziri Mauro Vieyra təmsil edəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər